Главная > Mövqe > “Psixiatr baxışından keç” – BMT-dən Duterteyə tövsiyə

“Psixiatr baxışından keç” – BMT-dən Duterteyə tövsiyə


9-03-2018, 18:44.

             "Psixiatr baxışından keç” – BMT-dən Duterteyə tövsiyə

 

BMT-nin insan hüquqları üzrə Ali Komissarı Zeyd Raad əl Hüseyn Filippin prezidenti Rodriqo Duterteyə psixiatr ekspertizasında keçməyi məsləhət görüb.

Avropa.info xəbər verir ki, BMT nümayəndəsinin reaksiyasına səbəb Dutertenin BMT-nin yerli xalqlar üzrə xüsusi məruzəçisi Viktoriya Tauli-Korpusu terrorizmdə ittiham etməsi olub.

"O, psixiatr ekspertizası keçməlidir. Belə davranış qəbuledilməzdir” – Hüseyn belə deyib.

BMT-nin xüsusi məruzəçisinin adı Filippin hökumətinin fevral ayında hazırladığı siyahıda terrorizmdə ittiham olunan 600 nəfərin adı sırasında göstərilmişdi. O, Yeni Xalq Ordusu və Filippin Kommunist Partiyası üzvü kimi təqdim olunmuşdu. Filippin hakimiyyəti sənədi Manila məhkəməsinə təqdim etmişdi.

Qeyd edək ki, Filippin prezidenti narkotik satıcıları və narkotik asılılığı olan şəxslərlə mübarizə apardığı üçün dəfələrlə BMT-nin tənqidlərinə məruz qalıb. Cavab olaraq Duterte ölkəsinin BMT-dən çıxa biləcəyini demişdi.

 


Вернуться назад