Главная > Baş Xəbər > Neft və qazsız ixrac 13 faizə çatmır

Neft və qazsız ixrac 13 faizə çatmır


9-03-2018, 17:30.

                  Neft və qazsız ixrac 13 faizə çatmır

 

2018-ci ilin yanvar-fevral aylarında Azərbaycanın ixracının 88,8 faizi neft-qaz sektoruna aid olub. Novator.az bildirir ki, ixracın 82,7 faizini xam neft, 4,8 faizini neft məhsulları, 1,3 faizini təbii qaz təşkil edib.

Dövlət Gömrük Komitəsinin hesabatında ixracın 2,6 faizinin meyvə-tərəvəz, 1 faizinin plastmassa və ondan hazırlanan məmulatlar olduğu bildirilir.

İdxalın 22,4 faizi maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələri, 14,2 faizi yeyinti məhsulları, 13,6 faizi qara metallar və onlardan hazırlanan məmulatlar, 10,1 faizi nəqliyyat vasitələri və onların hissələri, 3,3 faizi plastmassa və ondan hazırlanan məmulatlar, 3,1 faizi əczaçılıq məhsulları, 2,9 faizi oduncaq və ondan hazırlanan məmulatlar olub.

 


Вернуться назад