Главная > Baş Xəbər > Şimali Koreyadan Türkiyəyə gözlənilməz hücum

Şimali Koreyadan Türkiyəyə gözlənilməz hücum


9-03-2018, 20:47.

                Şimali Koreyadan Türkiyəyə gözlənilməz hücum

 

Şimali Koreya Türkiyənin maliyyə qurumlarına kiber-hücum təşkil edib.

Axar.az xəbər verir ki, bu barədə "McAfee” internet təhlükəsizliyi təşkilatının hesabatında deyilib.

Türkiyəyə kiber hücum 2-3 mart tarixlərində baş tutub. Şimali Koreyadan olan hakerlər Türkiyədəki maliyyə və hökumət qurumlarını viruslu bir kripto-valyuta saytına yönləndirərək həssas məlumatları ələ keçirməyə cəhd edib.

Qeyd edək ki, Şimali Koreyaya qarşı Qərbin sanksiyalarının sərtləşdiyi bir dövrdə ölkənin kiber hücumlara daha çox meyil etdiyi bildirilib.

 


Вернуться назад