Главная > Baş Xəbər > ABŞ-dan Koreya açıqlaması: Sanksiyalar bəhrəsini verir

ABŞ-dan Koreya açıqlaması: Sanksiyalar bəhrəsini verir


10-03-2018, 00:38.

             ABŞ-dan Koreya açıqlaması: Sanksiyalar bəhrəsini verir

 

Şimali Koreyanın danışıqlara hazır olmağı onu göstərir ki, tətbiq edilən sanksiyalar öz bəhrəsini verir.

 

Axar.az xəbər verir ki, bu sözləri ABŞ Maliyyə nazirinin müavini Siqal Mandelker deyib.

"Onlar keçmişdə bənzər vədlər vermişdilər. Lakin indi prezident Donald Tramp Şimali Koreya lideri ilə görüşmək qərarına gəldikdə onların səmimiyyətini sınamaq üçün şansımız yaranır. Aydındır ki, biz bu mərhələyə maksimum təzyiq yolu ilə gəldik”, - nazir müavini bildirib.

Mandelker onu da əlavə edib ki, Vaşinqton Koreya yarımadasının denuklarizasiyası ilə bağlı hədəflərindən dönən deyil.

Qeyd edək ki, Şimali Koreya lideri Kim Çen İnin ABŞ Prezidenti Donald Trampa görüş təklif etdiyi və Ağ Evin bunu müsbət qarşıladığı açıqlanmışdı.

 


Вернуться назад