Главная > Kriminal > İstanbulun Taksim meydanında atışma: ölən və yaralananlar var

İstanbulun Taksim meydanında atışma: ölən və yaralananlar var


10-03-2018, 01:26.

               İstanbulun Taksim meydanında atışma: ölən və yaralananlar var

 

Martın 9-da axşam saatlarında İstanbulun Taksim meydanında 2 dəstə arasında silahlı toqquşma baş verib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, hadisə nəticəsində 1 nəfər həlak olub, 4 nəfər yaralanıb.

Hüquq mühafizə orqanları silahlı insidentin otel və restoran sahibləri arasında pulla bağlı düşən mübahisə zəminində baş verdiyini bildirirlər.

İnsidentdən sonra 3 nəfər şübhəli şəxs qismində saxlanılıb.

Agentliyin məlumatına görə, atəş səsləri İstanbulun mərkəzi meydanda sakinləri və xarici turistləri təşvişə salıb. Yaralılar taksilərdə yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

İnsidentdən sonra əraziyə əlavə polis qüvvələri və zirehli texnika göndərilib. Ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib. Silahlı toqquşmanın təfərrüatları araşdırılır.

 


Вернуться назад