Главная > Baş Xəbər > İraqda dünyanın ən böyük futbol stadionu tikiləcək

İraqda dünyanın ən böyük futbol stadionu tikiləcək


10-03-2018, 08:39.

            İraqda dünyanın ən böyük futbol stadionu tikiləcək

 

Səudiyyə Ərəbistanı kralı Salman ibn Əbdül Əziz əs-Səud İraqda 135 min nəfərlik yer tutumuna malik olan dünyanın ən böyük stadionunu inşa etdirmək niyyətindədir.

"Report" "The Sun" nəşrinə istinadən xəbər verir ki, bu qərar fevralın 28-də İraqda yerli komanda ilə Səudiyyə Ərəbistanı millisi arasında keçirilən yoldaşlıq oyunundan sonra (4:1) qəbul olunub.

İraq hökuməti Səudiyyə kralının ölkədə stadion tikmək niyyətində olduğunu təsdiq edib.

 


Вернуться назад