Главная > Siyasət > Putin: “Trampa mane olanlar var”
Putin: “Trampa mane olanlar var”10-03-2018, 09:12. |
ABŞ prezidenti Donald Tramp Vaşinqton və Moskva arasında münasibətlərin normallaşmasını istəyir, lakin ona mane olanlar var. APA-nın xəbərinə görə, bunu Rusiya prezidenti Vladimir Putin NBC telekanalına müsahibəsində bəyan edib. "Biz sizə düşmən damğası vurmamışıq. Siz parlament səviyyəsində,
Konqres səviyyəsində Rusiyanı düşmən siyahısına daxil etmisiniz. Niyə bunu
etdiniz? Məgər biz ABŞ-a qarşı sanksiyalar tətbiq etmişik? ABŞ bizə qarşı
sanksiyalar tətbiq edib. Biz başqa ölkələrin işlərinə qarışmırıq. ABŞ isə daima
Rusiyada seçkilərə müdaxilə edir və hətta bunu gizlətmir. Güman edirəm ki,
Donald Tramp münasibətlərin normallaşmasını istəyir, amma ona mane olan qüvvələr
var”, deyə V.Putin əlavə edib.
Вернуться назад |