Главная > Dünya > Əfqanıstanda taliblərin hücumu nəticəsində 17 nəfər həlak olub

Əfqanıstanda taliblərin hücumu nəticəsində 17 nəfər həlak olub


11-03-2018, 14:07.

              Əfqanıstanda taliblərin hücumu nəticəsində 17 nəfər həlak olub

 

"Taliban" hərəkatının silahlıları Əfqanıstanın qərbindəki Farah vilayətinin Balabuluk rayonuna hücum edib.

"Report" xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Vilayətin şura rəhbəri Fərid Bahtavar bildirib ki, silahlılar hərbçilərə qarşı ağır silahlardan istifadə ediblər. Hücum zamanı 17 nəfər həlak olub, daha 3 hərbçi itkin düşüb.

"Taliban" nümayəndələri hücum zamanı 53 nəfərin öldürüldüyünü və yaralandığını bildiriblər.

 


Вернуться назад