Главная > Araşdırma > Alimlər xəbərdarlıq edir: ətrafınızdakı psixopatları belə tanıyın
Alimlər xəbərdarlıq edir: ətrafınızdakı psixopatları belə tanıyın11-03-2018, 18:02. |
Alimlər xəbərdarlıq edir: ətrafınızdakı psixopatları belə tanıyınHər gün mətbuatda bir-birindən fərqli qəddarlıq hekayələri
ilə qarşılaşırıq. Arvadını kəsən ər, uşaqlarını bir evin içində yandıran ata, ərini
vəhşicəsinə yaralayan qadın.... Bunlar təkcə qəddarlıq nümunələri sayılmır. Bu,
həm də psixopatiyanın əlamətləridir.
Psixoloq və terapist Perpetua Neo Business Insider-ə verdiyi açıqlamada deyib ki, "Bu zamana qədər oxuduğum, eşitdiyim, gördüyüm və əlsə etdiyim təcrübədən yola çıxaraq deyə bilərəm ki, qaranlıq üçlük (dark triad), şəxsiyyət pozğunluğu olanlar müalicə edilə bilmir. Bu xüsusiyyətlərə sahib olan şəxslər (narsistlik, Makyavelcilik və psixopatiya) əsasən olmadıqları insanlarmış kimi davranış məsələsində uğur qazanırlar. Məsələn, müalicə edilməyə razı olsalar belə, terapistlərini manipulyasiya edə və aldada bilirlər. Sanki bir şou yaradırlar: terapistlərinin qarşısında saxta bir şəxsiyyətlə otururlar. Qarşılarındakı şəxsin sərhədlərini necə zorlayacaqlarını yaxşı bilirlər. Belə vəziyyətlərdə psixopatın qarşısındakı insan xeyli əlaqəsiz, müvazinətsiz görünür”. King’s College Londonda çalışan ədliyyə psixiatrı Nigel Blackvood tərəfindən yayımlanan bir məqalədə psixopatların cəza və ya sosial damğalanmadan qorxmadıqları qeyd edilir. Psixopatlar cəmiyyət qaydalarına uyğunlaşmaq ehtiyacı hiss etmədiyi üçün cəmiyyətin gözləntilərinin onların davranışı üzərində hər hansı bir təsiri olmur.
Ən yaxşısı mükafat xarakterli münasibətdir. Bir cinayətə
görə cəza verildiyində,verilən cəzanın psixopatın üzərində təsiri yoxmuş kimi
görünməsinin səbəbi də elə budur. Blackvoodun düşüncəsinə görə, yaşlı bir bir
psixopatı həbsdə sağaltmağa çalışmaq inanılmaz dərəcədə çətindir. İstenildiyi
kimi davrandığı zaman insane ən sevdiyi yeməyi, ya da video oyununu vermək kimi
mükafat xarakterli müalicə isə həbsə atılan psixopatlarla mübarizə etmənin ən
yaxşı patlarla mübarizə etmənin ən yaxşı yolu kimi qəbul edilir. Ancaq bu
insanları sakit tutmaq sadəcə bir nəzarət üsulu, müalicə üsulu deyil. Bütün
psixopatlar cinayətkar halına gəlmir. Bir çoxu heç kim onların həqiqətən kim
olduğunu fərq etmədən yaşayıb gedir. Amma onların problem
yaradıb-yaratmayacaqları vacib məqamlardan biridir. Elm isə sübut edib ki,
onların şəxsiyyətlərinin dəyişə biləcəyi ilə bağlı ortada heç bir sübut
yoxdur.
Вернуться назад |