Главная > Baş Xəbər > Afrində daha 8 kənd və hava limanı terrorçulardan təmizləndi

Afrində daha 8 kənd və hava limanı terrorçulardan təmizləndi


11-03-2018, 18:27.

                  Afrində daha 8 kənd və hava limanı terrorçulardan təmizləndi

 

TSQ Və ASO Afrində daha 8 kəndi terrorçulardan təmizləyib.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Cinderes-Afrin yolunda strateji əhəmiyyətə malik Babliet hava limanı terrorçulardan azad edilib.

Türk Silahlı Qüvvələri və Azad Suriya Ordusu Afrinin şimal qərbindəki Racu bölgəsində səhərə yaxın başlayan əməliyyatlarda Şeyx Məhəmmədli, Umranlı, Meydan Əkbəz, Bendirək, Dudu, Səmalıq, Vəlikli, Kavanda kəndlərini YPG/PKK-İŞİD-dan xilas edib.

TSQ və əməliyyatlara dəstək olan ASO birlikləri Afrində "Zeytun budağı" əməliyyatı başlanandan bu günə kimi YPG/PKK-İŞİD işğalında olan 80 kəndi, 6 qəsəbə, 20 strateji əhəmiyyətə malik dağ və ya təpə, biri YPG/PKK-ya aid qərargah olmaqla 112 nöqtəni terrorçulardan təmizləyib.


Вернуться назад