Главная > Baş Xəbər > Trampın Kim Çen Inın qarşısında tək şərti

Trampın Kim Çen Inın qarşısında tək şərti


11-03-2018, 19:52.

                   Trampın Kim Çen Inın qarşısında tək şərti

ABŞ prezidenrti Donald Tramp onunla görüşmək istəyən Şimali Koreya lideri Kim Çen Inın qarşısında tək şərt qoyub. Nüvə və raket sınaqlarına son qoyulsun!

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ maliyyə naziri Steve Mnukin NBC telekanalına açıqlamasında bildirib ki, əgər Kim Çen Trampın şərtini qəbul edərsə danışıqlar baş tutacaq və əsas müzakirə mövzusu Koreya yarımadasının nüvə silahından təmizlənməsi məsələsi olacaq.

Qeyd edək ki, Cənubi Koreyanın Milli Təhlükəsizlik nümayəndəsi Çunq Eui-Yonq Donald Trampın Şimali Koreya lideri Kim Çen Inın görüş təklifini qəbul etdiyini və tərəflərin may ayında bir araya gələcəyini bildirib.

 


Вернуться назад