Главная > Baş Xəbər > Putin Çeçenistanda xüsusi vertolyotunun atəşə tutulmasından danışıb

Putin Çeçenistanda xüsusi vertolyotunun atəşə tutulmasından danışıb


11-03-2018, 20:14.

              Putin Çeçenistanda xüsusi vertolyotunun atəşə tutulmasından danışıb

 

Rusiya prezidenti Vladimir Putin Andrey Kondraşovun "Odnoklassniki" sosial şəbəkəsinə yerləşdirilən filmində xüsusi təyyarəsinin 2000-ci ildə Çeçenistanda atəşə tutulmasından danışıb.

"Report” xəbər verir ki, Putinin sözlərinə görə, o, dövlət başçısının vəzifələrini müvəqqəti icra edən zaman 31 dekabr 1999-cu ildə Federal qoşunların Birləşmiş qruplaşmasının hərbçilərini təbrik etmək üçün Çeçenistana uçub.

Çeçenistan rəhbəri Ramzan Kadırov həmin vaxt Putini ilk dəfə gördüyünü qeyd edib.

"Sonra onu Qudermesə hərbçiləri Yeni ildə təbrik etməyə gələndə gördüm. Bizim üçün, respublika üçün dəhşətli günlər idi. Vertolyot enə bilmirdi", — deyə Kadırov bildirib.

Putin öz növbəsində atəşin salyut olduğunu zənn etdiyini deyib.

"Mən elə bildim ki, bu həqiqətən salyutdur, çünki Yeni il idi. Pilotlar dedilər ki, "nə salyut, biz atəəşə məruz qalmışıq", - deyə Putin əlavə edib.


Вернуться назад