Главная > İdman > Klub prezidenti tapança ilə meydana girdi, oyun yarımçıq qaldı - FOTO

Klub prezidenti tapança ilə meydana girdi, oyun yarımçıq qaldı - FOTO


12-03-2018, 10:45.

    Klub prezidenti tapança ilə meydana girdi, oyun yarımçıq qaldı -FOTO

 

Yunanıstan çempionatında növbəti qalmaqal yaşanıb.

Qol.az-ın xəbərinə görə, Superliqanın 25-ci turunda keçirilən PAOK - AEK oyunu yarımçıq qalıb.

Görüşün baş hakimi PAOK-un 90-cı dəqiqədə vurduğu qolu qeydə almayıb.

Bundan qəzəblənən Saloniki klubunun prezidenti İvan Savvidi meydana daxil olub. Onun üzərində tapança da olub. Daha sonra isə azarkeşlər meydana axışıb. Buna görə də qarşılaşmanın baş hakimi oyunu yarımçıq dayandırıb.

 


Вернуться назад