Главная > Region > Müstəqim Məmmədovun Tərtər qoçuluğu: şəhidin adı Liseydən götürüldü, məktəb satışa çıxarıldı

Müstəqim Məmmədovun Tərtər qoçuluğu: şəhidin adı Liseydən götürüldü, məktəb satışa çıxarıldı


12-03-2018, 11:09.

            Müstəqim Məmmədovun Tərtər qoçuluğu: şəhidin adı Liseydən götürüldü, məktəb satışa çıxarıldı

 

"…mənim üçün şəhid nağılı danışma, liseyin adında Tərtər sözü varsa, deməli mənim tabeliyimdədir, istəsəm saxlayar, istəsəm bağlatdıraram”

Tərtər rayon Qaradağlı kənd sakini İbrahimova Zinyət Yusif qızı bildirir ki, Tərtər rayonunda yerləşən, onun Şəhid qardaşı İbrahimov Qaraş Yusif oğlunun adına olan Tərtər Peşə Liseyindən şəhidin adı müəmmalı və məqsədli şəkildə götürülüb. Xalqın övladlarına peşə, sənət verən bir məktəb şəxsi maraqlara görə bağlatdırılıb. Bununla əlaqədar olaraq, Şəhid bacısı Zinyət xanım aidiyyatı qurumlara gedib-gəlməkdən yorulub. Ümid yeri bildiyi hər yerə müraciət edib. Lakin ona dəqiq, düzgün bir informasiya verən tapılmayıb ki, Şəhid Qaraş İbrahimovun adı niyə liseydən götürülüb və niyə bağlatdırılıb!?
Bununla bağlı cumhuriyyet.az yerli mediada yer alan xəbərlərə istinadən bildirir ki, bu işi Tərtər rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov təşkil edib. Məmmədov Şəhid adını Peşə Liseyinin üzərindən ona görə götüzdürüb ki, həmin peşə liseyini asanlıqla bağlatdıra bilsin və məktəbin binasını satışa çıxarsın. Elə də olub. İndi bina satışdadır. Şəhidin bacısının dediyinə görə, binaya əməlli-başlı qiymət də qoyulub.
Şəhid bacısı Zinyət İbrahimova bu məsələyə görə, dəfələrlə başçı Müstəqim Məmmədovun qəbulunda da olub. Başçı isə hər dəfə, "get hara istəyirsən şikayət et, rayonun yiyəsi mənəm, prezident bu rayonu mənə etibar edib, məndə nə istəsəm edərəm, mənim üçün şəhid nağılı danışma, liseyin adında Tərtər sözü varsa, deməli mənim tabeliyimdədir, istəsəm saxlayar, istəsəm bağlatdıraram. Birdə ki, bunu unutma, mənim arxamda Elmar Vəliyev kimi dağ var” kimi xoşagəlməz, rayonda Prezidentin səlahiyyətli nümayəndəsinə yaraşmayan ifadələr işlədib. Onu da qeyd edək ki, Zinyət İbrahimovanın özü də birinci Qarabağ müharibəsi veteranıdır.

 


Вернуться назад