Главная > Mədəniyyət > SSRİ xalq artisti Oleq Tabakov vəfat edib

SSRİ xalq artisti Oleq Tabakov vəfat edib


12-03-2018, 17:59.

                 SSRİ xalq artisti Oleq Tabakov vəfat edib

 

SSRİ xalq artisti, Çexov adına Moskva Bədaye Teatrının bədii rəhbəri Oleq Tabakov 82 yaşında Moskvada vəfat edib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, Teatrın Mətbuat xidmətindən aktyorun ölüm xəbərini təsdiq ediblər.

Qeyd edək ki, artist hələ 2017-ci ilin noyabr ayından xəstəxanaya yerləşdirilmişdi.

O.Tabakov "Baharın 17 anı", "12 stul", "D`Artanyan və üç muşketyor", "Meri Poppins, əlvida!", "Kuputsinov bulvarının adamı" və s. məşhur filmlərdə çəkilib.

 


Вернуться назад