Главная > Dünya > "Zeytun budağı" əməliyyatı: 3393 terrorçu məhv edilib, Afrinin mərkəzinə 1,5 km qalıb

"Zeytun budağı" əməliyyatı: 3393 terrorçu məhv edilib, Afrinin mərkəzinə 1,5 km qalıb


13-03-2018, 09:46.

          "Zeytun budağı" əməliyyatı: 3393 terrorçu məhv edilib, Afrinin mərkəzinə 1,5 km qalıb

 

Afrində keçirilən "Zeytun budağı" adlı antiterror əməliyyatı nəticəsində 3393 terrorçu zərərsizləşdirilib.

"Report” "Haberturk”ə istinadən xəbər verir ki, məlumatı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.

Bildirilib ki, 53 gündür davam edən əməliyyat nəticəsində PKK/KCK/PYD-YPG və İŞİD terror qruplaşmalarının 3393 terrorçusu məhv edilib, havadan və qurudan endirilən zərbələr nəticəsində terrorçuların yüzlərlə sığınacağı, anbarı və hədəfi dağıdılıb. Əməliyyatın 53-cü günündə 46 terrorçu məhv edilib.

Bundan başqa,Afrinin 217 strateji nöqtəsi və kəndi terrorçulardan təmizlənib. Min yüz kvadrat kilometr sahədə terrorçuların nəzarətin son qoyulub.

Qeyd olunub ki,Afrinin mərkəzinə 1,5 km qalıb.

 


Вернуться назад