Главная > Siyasət > Son sorğulardan yenə Putin görünür

Son sorğulardan yenə Putin görünür


13-03-2018, 13:10.

                Son sorğulardan yenə Putin görünür

 

Martın 13-dən Rusiyada prezidentliyə namizədlərlə bağlı sorğulara yasaq qüvvəyə minib. Seçki qanununa görə, namizədlərin reytinqini göstərən sorğuları səsverməyə 5 gün qalmışadək dərc etmək olar.

 

Prezident seçkisi martın 18-də keçiriləcək.

Novator.az bildirir ki, Ümumrusiya İctimai Rəyi Öyrənmə Mərkəzinin son seçkiqabağı sorğusunda respondentlərin 69%-i prezident Vladimir Putinə dəstək verib.

Pavel Qrudinin (Kommunist Partiyası) 7%, Vladimir Jirinovski (Liberal Demokrat Partiyası) 5% nəticə göstərib.

İctimai Rəy Mərkəzinin sorğusunda isə Vladimir Putin 64,9% səs alıb.

Bu sorğuda Pavel Qrudinin 6,7%, Vladimir Jirinovski 6,2% səslə kifayətlənib.

Prezident postu uğrunda Kseniya Sobçak (Vətəndaş Platforması Partiyası), Qriqori Yavlinski ("Yabloko” Partiyası), Sergey Baburin (Rusiya Ümumxalq İttifaqı Partiyası), Boris Titov (Yüksəliş Partiyası); Maksim Suraykin də (Rusiya Kommunistləri Partiyası) mübarizə aparır.

Seçkiyə müstəqil namizəd kimi qatılan dövlət başçısı Vladimir Putin 2000-2008-ci illərdə prezident olub. 2008-ci ildən baş nazir postunu tutub. 2012-ci ildə yenidən prezident seçilib.

 


Вернуться назад