Главная > Araşdırma > Siqaretin əsəbə təsiri

Siqaretin əsəbə təsiri


13-03-2018, 15:24.

                   Siqaretin əsəbə təsiri

 

Gündə azı 10 siqaret çəkən insanlar çəkməyənlərlə müqayisədə daha əsəbi olurlar. Novator.az-ın məlumatına görə, Finlandiya Elmlər Akademiyasının professoru Yuko Miettunen apardığı tədqiqat nəticəsində bu qənaətə gəlib.

Professor "Acta Psychiatrica Scandinavica” jurnalında dərc etdirdiyi məqaləsində bildirir ki, hər gün və gün ərzində tez-tez siqaret çəkmək əsəbiliyi artırır. Erkən yaşlarından siqaret çəkənlərdə əsəbilik daha çox olur.

Yuko Miettunenin tədqiqatında ilkin olaraq Finlandiyanın 1986-cı il təvəllüdlü 9 min sakini iştirak edib. Sonra tədqiqatın əhatə dairəsi genişləndirilib. Yekunda onların arasından 6 min 81 nəfər seçilib və 30 yaşı tamam olanadək bu adamların üzərində müşahidələr davam etdirilib.

Nəticələr onu da göstərib ki, yeniyetmələr arasında siqaret əleyhinə profilaktika aparılması əhalinin psixi sağlamlığına müsbət təsir göstərir.

Anaşa çəkmək də əsəbiliyi gücləndirir. Bunu Böyük Britaniya alimlərinin apardığı araşdırma təsdiqləyib. "Britaniyanın psixiatriya jurnalı”nda dərc olunan tədqiqat nəticələrində göstərilir ki, anaşa çəkən yeniyetmələr gələcəkdə psixi xəstəliyə daha tez tutula bilərlər.

Britaniya alimləri gündə ən azı 5 dəfə anaşa çəkən cavanların başqaları ilə müqayisədə daha əsəbi olduğunu söyləyir və xüsusilə yeniyetmələri anaşadan uzaq durmağa çağırırlar.

 


Вернуться назад