Главная > İdman > Azərbaycanlı futbolçular toyda içib oyuna getmədilər

Azərbaycanlı futbolçular toyda içib oyuna getmədilər


13-03-2018, 15:38.

                  Azərbaycanlı futbolçular toyda içib oyuna getmədilər

AFFA-nın keçirdiyi Region Liqasının "Oğuz” – "Şirvan” (Ağdaş) matçının təxirə salınmasının səbəbi bilinib.

 

Buna səbəb Ağdaş komandasının bəzi oyunçularının zəhərlənməsi olub.

 

Bu barədə oxu.az-a komandanın kapitanıRəhman Əliyevbildirib:

 

"Oyundan bir gün əvvəl bəzi futbolçularımız toy məclisində iştirak etmişdi. Onlar orada həddindən çox spirtli içki qəbul etdiklərinə görə özlərini pis hiss etmişdilər. Buna görə onların bir gün sonra oyun üçün Oğuza getməsi mümkünsüz idi. Komandada soyuqlayan futbolçular da vardı. Buna görə AFFA-ya yazılı şəkildə müraciət edib, oyunumuzun təxirə salınmasını xahiş etdik. Onlar da sağ olsun ki, bu xahişimizi dəyərləndilər”.

 

Qeyd edək ki, bu matç martın 25-də keçiriləcək.

 


Вернуться назад