Sumqayıtda Vüqar Qələndərovun cinayətkar şəbəkəsi
qarşısında aciz qalan DÖVLƏT
Milyonlar hara və kimin cibinə gedir?
Sumqayıtda cinayətkar şəbəkə yaradan Vüqar Rəsul oğlu Qələndərovun qanunsuz fəaliyyəti
və gizli əməlləri barədə Realliqinfo.org saytında məlumat vermişik. Bu şəxsin
"sahibkar” adı altında dövlətdən oğurladığı milyonlar aidiyyatı qurumları
narahat etmədiyindən bu günə qədər ona qarşı heç bir tədbir görülməmişdir.
V.Qələndərovun yaratdığı şəbəkənin və sənədlərin saxtalaşdırılmasında istifadə
etdiyi adalara nəzər salanda məlum olur ki, bu şəxs üçün öz məqsədlərindən önəmli
ola bilən heçnə yoxdur. Anasının və yaxınlarının adına sənədləri
saxtalaşdıraraq onların imzasını saxtalaşdıran Vüqar kimilərin şəxsi keyfiyyətləri
bizi maraqlandırmır. Sadəcə onu qeyd edə bilərik ki, müqəddəs adlara hörmət
qoymayanlar üçün dövlət və ya vətən sevgisi anlamı yoxdur.
Uzun illərdir ki, Sumqayıtda "Ən Ucuz” marketlər şəbəkəsi adı altında qanunsuz
fəaliyyət quran Vüqar Qələndərovun sabiq vergilər naziri Fazil Məmmədovun
qohumları ilə sıx münasibətdə olması onun dövlətdən oğurladığı milyonların
araşdırılıb geri alınmasına əngəl olmuşdu. Bu səbəbdən dövlət qurubları bu
işbazın saxtakarlığına göz yumur, onun qanunsuz fəaliyyətini genişləndirməsinə
maneələr törətmirdilər. Vergilər nazirliyində baş verən dəyişiklik bizdə də
yeni ümidlər oyatmaqdadır. Hamı kimi bizdə inanırıq ki, yeni nazir Vüqar Qələndərov
kimilərin qanunsuz fəaliyyətinin qarşısını almaq üçün ciddi tədbirlər görəcək və
cinayətkar şəbəkələrin çökdürülməsinə nail olacaqdır.
Biz Realliqinfo.org olaraq Vüqar Rəsul oğlu Qələndərovun cinayətkar şəbəkəsi ilə
bağlı apardığımız araşdırmaların nəticələrini silsilə yazılar və danılmaz faktlarla
diqqətinizə çatdıracağıq.
Sumqayıtda fəaliyyət göstərən "Əli-94” ticarət mərkəzində vergidən milyonlarla
manat yayındırıldığı haqda Realliqinfo.org – da əvəllər dərc olunan yazılarda
qısa məlumat vermişdik. Əldə etdiyimiz sənədlər və çoxsaylı faktlar əsasında
bildirmişdik ki, bu şəhərdə əlavə olaraq "Göyçay ”, "Hiper”, "Səda Store” və
"Ən Ucuz” adı altında onlarla market və ticarət mərkəzinin sahibi olan Vüqar Rəsul
oğlu Qələndərov hər il təkcə bu obyektdə - "Əli-94”də həyata keçirdiyi
saxtakarlıq nəticəsində 1,5 milyon, "Səda Store”də sənədlərin saxtlaşdırılması
nəticəsində isə 1,9 milyon manat dövlət əmlakını mənimsəyir.
Yeri gəlmişkən, bu obyektlərdən daha böyüyündə - "Hiper Market”də aparılan
saxtakarlıq zamanı isə hər il dövlətə sözegedən hər iki ticarət mərkəszindəki
yeyintilərin cəminə yaxın zərər vurulur. Bütün bunlar haqda növbəti sayımızda
açıqlama verəcəyimizdən, bu dəfə "Ən ucuz” marketlər şəbəkəsindəki
saxtakarlıqlar haqda oxucularımızı bilgiləndirəcəyik.
Dövlətdən mənimsənilən vəsait: 1,5 milyon, 1,9 milyon və...
Dəyərli oxucularımıza da bəlli olduğu kimi, ötən yazılarımızda jurnalist
araşdırması nəticəsində "Əli-94” və "Səda Store” ticarət mərkəzlərinin hər
birində dövlət büdcəsindən il ərzində 1,5 və 1,9 milyon manat manat oğurlandığı
haqda çox ciddi faktları ortaya çıxarmışıq. Həmin sənədlərdə bəzi rəsmi şəxslərin
də Vüqar Qələndərovun cinayət tərkibli əməllərinə ortaq olduğu, hətta onun
qanunsuzluğunu ört-basdır etdiyi sübut edilir. Xüsusən də Sumqayıt şəhər 2
saylı Ərazi Vergilər İdarəsi əməkdaşlarının bu sahədəki fəaliyyəti daha
qabarıqdır. Lakin, təəssüflər olsun ki, çox ciddi saxtakarlıqları təsdiq edən sənədləri
ortaya qoymağımıza rəğmən, rəsmi qurumlar tərəfindən nəinki Vüqar Qələndərovun,
hətta 2 saylı Ərazi Vergilər İdarəsi əməkdaşlarının qanunsuz fəaliyyətinə belə,
hüquqi qiymət verilməsi istiqamətində hansısa addım atılmayıb.
Bununla belə, biz Realliqinfo.orq olaraq dövlət əmlakını mənimsəyən ticarət mərkəzi
sahilərinin qanunsuz əməllərini ifşa etməkdə israrlıyıq və bu yazımızda isə V.Qələndərovun
rəhbərlik etdiyi daha bir supermarketin - "Ən Ucuz” marketlər şəbəkəsinin təkcə
birində külli miqdarda dövlət vəsaitinin mənimsənilməsi barədə oxucularımıza məlumat
verəcəyik.
"Əli-94”, "Səda Store”dən sonra "Ən Ucuz” marketlər şəbəkəsi...
İlk olaraq Sumqayıt şəhəri 17-ci mkr. M.Əsədov küçəsində yerləşən və sahəsi
3000 kv.metrdən artıq olan "Ən Ucuz” ticarət mərkəzində həyata keçirilən
saxtakarlıq haqda faktları təqdim edək. Qeyd edək ki, 3 mərtəbədən ibarət olan
olan bu supermarketin əlavə olaraq 500 kv.metrlik zirzəmisi də var və burada
şirniyyat sexi fəaliyyət göstərir. Lakin bu haqda heç bir rəsmi müqavilə yoxdur
və heç bir dövlət idarəsinə də vergi verilmir.
Obyektin 1000 kv.metr sahəsi olan 3-cü mərtəbəsində isə ofis və mebel salonları
fəaliyyət göstərir. Bu mərtəbə bütövlükdə icarəyə verilsə də, heç bir rəsmi
müqaviləyə imza atılmayıb və icarədarlar tam olaraq sənədsiz fəaliyyət göstərir.
125 nəfər işçinin adı gizli saxlanılır
Binanın birinci və ikinci mərtəbəsinin sahəsi 2100 kv.metr və buradakı "Ən
Ucuz” ticarət mərkəzində çalışan işçilərin sayı isə 145 nəfərdir. Lakin rəsmi sənədlərdə
işçilərin sayı 20 nəfər göstərilir.Təbii ki, bu ticarət mərkəzində işçilərin
sayının olduğundan dəfələrlə az göstərilməsi təsadüfi deyil. Vüqar Qələndərovun
sahibi olduğu sözügedən "Ən Ucuz” marketdə 125 nəfərin adı Vergilər Nazirliyindən
və DSMF-dən gizlədilməklə, yenə də külli miqdarda yeyintiyə yol verilir.
Konkret olaraq, işçilərin əlimizdə olan maaş cədvəlinə əsasən deyə bilərik ki,
128 nəfərin orta aylıq əməkhaqqı toplam 38 400 manat edir və bu halda vergidən
6 912 manat (38 400 manatın 18 faizi), DSMF-dən isə 9 600 manat (38 400 manatın
25 faizi) vəsait oğurlanır.
Aylıq satış dövriyyəsinin 800 min manatı gizlədilir Üstəlik, "Ən Ucuz” ticarət
mərkəzinin "qara mühasibatlıq” hesablarında orta aylıq atış dövriyyəsi 900 000
manat olduğu halda, rəsmi sənədlərdə cəmi 100 000 min manat göstərilir. Bütün
bunlar isə bir daha təsdiq edir ki, "Ən Ucuz” ticarət mərkəzi aylıq satış
dövriyyəsinin 800 min manatını gizlədir.
Nəzərə alsaq ki, bu vəsait rəsmiyyətə cəlb olunacağı halda V.Qələndərov təkcə
18 faiz ƏDV ödəməli olacaqdı, deməli, bu vəsaitin (800 min manat)
yayındırılması nəticəsində dövlət büdcəsindən 122 033 manat oğurlanıb.
32 min manatlıq gəlir vergi oğurluğu...
Digər tərəfdən, əgər bu şəxsin qəbul olunmuş 20 faiz orta rentabelliklə fəaliyyət
göstərdiyini də nəzərə alsaq, bu halda vergidən yayındırılmış vəsaitin təxminən
640 min manatı xərc, 160 min manatı isə xalis gəlir olar. Həmin vəsaitin də
(160 min manatı) 20 faizi gəlir vergisinə cəlb olunardısa, Vüqar Qələndərov əlavə
olaraq hər ay 32 min manata yaxın da gəlir vergisi ödəməyə məcbur olacaqdı.
Lakin hazırda bu vəsait V.Qələndərov tərəfindən mənimsənilir.
Hər ay dövlətdən 170 512 manat oğurlayır
Beləliklə, Realliqinfo.org - un əməkdaşının apardığı araşdırma nəticəsində məlum
olur ki, Sumqayıtdakı "Ən Ucuz”, "Hiper”, "Səda Store”, "Göyçay” və digər
marketlər şəbəkəsinin sahibi olan Vüqar Qələndərov təkcə "Ən Ucuz” marketlər şəbəkəsinin
birində həyata keçirdiyi saxtakarlıqlar nəticəsində, hər ay dövlət büdcəsindən
toplam olaraq 170 512 manat oğurlayır. Hansı ki, bunun da 122 min manatı ƏDV-dən,
32 min manatı gəlir vergisindən, 9 600 manatı DSMF-dən, 6 912 manatı isə vergidən
yayındırılan pullardır. Bu isə o deməkdir ki, Vüqar Qələndərov il ərzində dövlət
büdcəsindən 2 046 144 (2 milyon, 046 min, 144) manat oğurluq edir.
Əlbəttə, bu rəqəm Sumqayıt şəhəri 17-ci mkr. M.Əsədov küçəsində yerləşən və sahəsi
3000 kv.metrdən artıq olan "Ən Ucuz” ticarət mərkəzində həyata keçirilən
saxtakarlıq nəticəsində dövlətdən oğurlanan vəsaitin hamısı deyil. Nəzərə alsaq
ki, 3 mərtəbəli binanın zirzəmisində şirniyyat sexi, yuxarı mərtəbəsində isə
ofis və mebel salonları fəaliyyət göstərir və bunların heç birinə görə də vergi
verilmir, deməli Vüqar Qələndərov bu supermarketdəki qaranlıq fəaliyyəti ilə
dövlətə daha böyük zərər vurur.
Sözsüz ki, Vüqar Qələndərovun dövlət vergisindən gizlədərək mənimsədiyi vəsaitlər
bunlarla bitmir. Lakin təəssüf ki, dövlətdən oğurladığı pulların bir hissəsini
öz qanunsuz əməllərinin ört-basdır edilməsi istiqamətində xərclədiyindən, illərdir
onun fəaliyyəti ciddi araşdırılmır. Yuxarıda qeyd etdiyimiz kimi, əkisnə, 2
saylı Ərazi Vergilər İdarəsi əməkdaşları tərəfindən onun qanunsuz fəaliyyəti
ört-basdır edilir.
Dövlət rəsmilərinə müraciət...
Odur ki, biz bir daha Realliqinfo.org olaraq Vergilər naziri cənab Mikayıl
Cabbarova, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri cənab Səlim Müslümova, Baş
prokuror cənab Zakir Qaralova, Baş prokurorluq yanında Korrupsiyaya qarşı
Mübarizə İdarəsinin rəisi cənab Kamran Əliyevə və digər aidiyyatı qurumların rəhbərlərinə
müraciət edərək, yuxarıda göstərilən faktlarla bağlı araşdırma aparılmasına
göstəriş vermələrini xahiş edirik. Çox istərdik ki, bu yoxlamalar zamanı
saytımızın əməkdaşlarının da iştirakı təmin olunsun. Çünki bu zaman əlimizdə
olan və yuxarıda açıqlanmayan bir çox əlavə faktları da təqdim etməklə,
yoxlamaların daha tez və obyektiv aparılmasına yardımçı ola bilərik.
P.S. Növbəti yazılarımızda Vüqar Qələndərovun sahibi olduğu "Ən Ucuz” marketlər
şəbəkəsinin digər filiallarının fəaliyyəti haqda şok faktları açıqlayacağıq.
İkram
Realliqinfo.org
Вернуться назад
|