Главная > Siyasət > ABŞ-da ilk dəfə MKİ-yə qadın rəhbərlik edəcək

ABŞ-da ilk dəfə MKİ-yə qadın rəhbərlik edəcək


13-03-2018, 17:25.

          ABŞ-da ilk dəfə MKİ-yə qadın rəhbərlik edəcək

 

ABŞ prezidenti Donald Tramp Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri vəzifəsinə daha əvvəl direktor müavini kimi çalışmış Cina Haspeli təyin edib.

 

"Report" ABŞ mediasına istinadən xəbər verir ki, bununla da MKİ-yə ilk dəfə qadın rəhbərlik edəcək.

Xatırladaq ki, daha əvvəl D.Tramp MKİ rəhbəri Mayk Pompeonu ABŞ dövlət katibi vəzifəsinə təyin edib.

Qeyd edilir ki, C.Haspel 1985-ci ildən idarədə çalışır, xaricdə böyük iş təcrübəsinə malikdir. O, xarici kəşfiyyat xidməti və antiterror mərkəzinin direktor müavini vəzifələrində işləyib.

 


Вернуться назад