Главная > Baş Xəbər > Milli Şura və Müsavatın növbəti mitinqi martın 31-də keçiriləcək

Milli Şura və Müsavatın növbəti mitinqi martın 31-də keçiriləcək


16-03-2018, 20:22.

                   Milli Şura və Müsavatın növbəti mitinqi martın 31-də keçiriləcək

 

Müxalifətin növbəti mitinqi martın 31-də saat 15:00-da "Məhsul” stadionunda keçiriləcək.

Müsavat Partiyasının mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, mitinqlə bağlı Milli Şura və Müsavat təmsilçilərinin imzaladığı birgə müraciət bu gün Bakı Şəhər İcra Hakimiyyətinə təqdim edilib.

Aksiya "Azad seçki!”, "Korrupsiyaya yox!”, "Monarxiyaya yox!”, "Siyasi məhbuslara azadlıq!”,"Erməni terrorunu lənətləyirik!”, "Beynəlxalq ictimaiyyət ermənilərin azərbaycanlılara qarşı soyqırımına hüquqi-siyasi qiymət versin!” şüarları altında keçiriləcək.//bastainfo

 


 


Вернуться назад