Главная > Dünya > Avstraliyada meşə yanğınları 6 mindən çox sakini işıqsız qoyub

Avstraliyada meşə yanğınları 6 mindən çox sakini işıqsız qoyub


18-03-2018, 09:46.

              Avstraliyada meşə yanğınları 6 mindən çox sakini işıqsız qoyub

 

Avstraliyanın Viktoriya ştatında meşə yanğınları səbəbindən 6 mindən çox insan işıqsız qalıb.

Trend-in məlumatına görə, ilk yanğın Uornambul şəhərində başlayıb. Daha sonra yanğın iki əraziyə yayılıb. Küləyin istiqamətinin dəyişməsi səbəbindən yanğın şərq istiqamətində hərəkət edir.

Yanğının ən möhkəm olduğu an ştatın 40-dan çox şəhərində evakuasiya elan edilmişdi, lakin hazırda evakuasiya yalnız 3 şəhərdə elan edilib.

 

 

"Powercorp" şirkətinin nümayəndəsi Emma Taynerin sözlərinə görə, ştatda minlərlə insan işıqsız qalıb. Tək Teranq şəhərində işıqsız qalanların sayı 6 mindən artıqdır.

Hazırda yanğın xidməti yanğını söndürməyə çalışır. Viktoriya ştatında 5 yardım göstərilməsi üzrə mərkəz açılıb.

 


Вернуться назад