Главная > Aktual > "Pakistan Azərbaycan ordusunu möhkəmləndirir" -Şövkət Əziz

"Pakistan Azərbaycan ordusunu möhkəmləndirir" -Şövkət Əziz


18-03-2018, 18:01.

                     "Pakistan Azərbaycan ordusunu möhkəmləndirir" -Şövkət Əziz

 

Pakistanla Azərbaycan arasında hərbi əməkdaşlıq uğurla inkişaf edir.

 

Bunu virtualaz.org-un əməkdaşı ilə söhbətində Pakistanın keçmiş baş naziri Şövkət Əziz deyib.

 

"Hərbçilərimiz birgə treninqlər keçirir, hərbi-təlim proqramları gerçəkləşdirirlər. Pakistan Azərbaycan ordusuna texnika və müxtəlif silah növləri ilə kömək edir və hər zaman hərbi təcrübəsi ilə bölüşməyə hazırdır. İslamabad və Bakı hərbi diplomatiya sahəsində də əməkdaşlıq edirlər. Hərbi idarələrimizin rəhbərlərinin əlaqələri müntəzəm xarakter alıb və bu əlaqələr yalnız möhkəmlənəcək”, - o bildirib.


 

Şövkət Əziz qeyd edib ki, Pakistan xalqı dost Azərbaycan xalqına xüsusi simpatiya ilə yanaşır.

 


Вернуться назад