Главная > GÜNDƏM > Putin yenidən prezident seçildi - 76,65 faiz səslə

Putin yenidən prezident seçildi - 76,65 faiz səslə


19-03-2018, 10:30.

               Putin yenidən prezident seçildi -76,65 faiz səslə 

 

Rusiyada keçirilən prezident seçkilərinin nəticələri demək olar ki, bəlli olub.

 

BakuPostxəbər verir ki,seçki bülletenlərinin 99 faizinin hesablanmasının nəticələrinə görə Vladimir Putin ötən gün Rusiyada keçirilən prezident seçkilərində 76,65 faiz seçici səsi toplayıb.

 

Bu barədə Rusiya Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

 

Rəsmi məlumata görə, Kommunist Partiyasının namizədi Pavel Qrudinin siyahıda 11,82 faiz səslə ikinci yerdə qərarlaşıb. Vladimir Jirinovski siyahıda 5,68 faiz səslə üçüncü yerdədir.

 


Вернуться назад