Главная > Ümumi > Afrindən qara xəbər: 11 nəfər həlak oldu

Afrindən qara xəbər: 11 nəfər həlak oldu


19-03-2018, 11:45.

              Afrindən qara xəbər: 11 nəfər həlak oldu

 

"Zeytun budağı” əməliyyatı çərçivəsində Türkiyə ordusu və ASO-nun terrorçulardan azad etdiyi Afrində Əhməd Şahavi küçəsində yerləşən 4 mərtəbəli binada partlayış baş verib.

Axar.az xəbər verir ki, partlayış ASO döyüşçülərinin sözügedən binada axtarış apardığı zaman qabaqcadan quraşdırılmış partladıcının işə düşməsi nəticəsində meydana gəlib.

Hadisə nəticəsində 7 mülki şəxs və 4 ASO üzvü olmaqla, ümumilikdə 11 nəfər dünyasını dəyişib.

Qeyd edək ki, TSQ və ASO ötən gün Afrini terrorçulardan təmizləyib.

 


Вернуться назад