Главная > Baş Xəbər > ABŞ İŞİD liderlərini təxliyə etdi

ABŞ İŞİD liderlərini təxliyə etdi


19-03-2018, 19:30.

                 ABŞ İŞİD liderlərini təxliyə etdi

 

ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinə məxsus helikopterlər vasitəsilə İŞİD rəhbərlərindən ibarət qrup Suriyanın cənub-şərqində yerləşən Qamışlı bölgəsinin şimal-şərqindən təxliyə edilib.

Axar.az xəbər verir ki, bu barədə SANA informasiya yayıb.

Məlumata görə, helikopterlər Qamışlı bölgəsinə enərək İraq əsilli 4 İŞİD liderini götürüb və naməlum istiqamətdə hərəkət edib.

Qeyd edək ki, ABŞ qüvvələrinin İŞİD liderlərini təxliyə etməsi ilə bağlı xəbərlər vaxtaşırı gündəmə gəlir.

 


Вернуться назад