Главная > Cəmiyyət > Müsavat 31 Mart mitinqinə hazırlaşır

Müsavat 31 Mart mitinqinə hazırlaşır


19-03-2018, 19:20.

           Müsavat 31 Mart mitinqinə hazırlaşır

 

Müsavat Partiyasının Mətbuat xidmətindən "Basta” ya daxil olan məlumata görə bu gün partiyanın Divanının növbəti iclası keçirilib.

İclasda ilk olaraq Şirvan, Salyan, Hacıqabul rayon təşkilatlarının rəhbər şəxslərinin iştirakı ilə keçirilən zona müşavirəsi haqda Divan üzvləri məlumatlandırılıb. Daha sonra ATƏT-in Parlament Assambleyasının və ATƏT-in Müşahidə Missiyasının rəhbərləri ilə Müsavat başqanı arasında keçirilən görüşlərdə iştirak etmiş Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı hər iki görüşün detalları haqda məlumat verib.

Divanda Müsavat Partiyası və Milli Şuranın 31 marta təyin etdiyi müxalifətin birgə mitinqi geniş müzakirə olunub, lazımi qərarlar qəbul edilərək, partiya strukturlarına çatdırılması tapşırılıb.

Cümhuriyyət-100 tədbirləri haqda başqan müavini Fərəc Kərimli "Cümhuriyyət-100 futbol çempionatı”nın təşkili və gedişi, şahmat turnirinə son hazırlıqlar haqda məlumat verib.

Divan iclasında dünyada gedən son siyasi proseslər xüsusi müzakirə edilib. Türkiyənin antiterror əməliyyatları çərçivəsində uğurlu Afrin əməliyyatı dəyərləndirilib. Rusiyada keçirilən Prezident seçkiləri haqda fikir mübadiləsi aparılıb.

Sonda cari məsələlərə baxılıb.

 


 


Вернуться назад