Главная > Baş Xəbər > ABŞ-dan Türkiyəyə zərbə - “Afrindən narahatıq”

ABŞ-dan Türkiyəyə zərbə - “Afrindən narahatıq”


19-03-2018, 22:09.

             ABŞ-dan Türkiyəyə zərbə- "Afrindən narahatıq”

ABŞ son 48 saat ərzində Afrin şəhər mərkəzində baş verənlərə görə dərin narahatlıq keçirir.

 

Bu barədə ABŞ Dövlət Departamentinin Afrin əməliyyatına dair son bəyanatında öz əksini tapıb.

 

Yazılı bəyanatda qeyd edilir ki, əhalinin əksəriyyətinin kürd olduğu şəhər Türkiyə Silahlı Qüvvələri və Türkiyənin dəstəklədiyi güclərin hücumu ilə əlaqədar boşaldılır: "Artıq narahatlıq doğuran humanitar vəziyyət daha da çətinləşir. BMT qurumları yüzlərlə, minlərlə insanın Afrini tərk etdiyini bildirir, bu insanların əsas ehtiyaclarını qarşılamaq üçün dərhal sığınacaq və yardıma ehtiyacı var”.

 

Dövlət Departamenti Afrindəki son durumun onları narahat etdiyini vurğulayıb: "Afrindəki vəziyyətə görə ciddi narahatlığımızı türkiyəli rəsmilərə bildirmişik”.

 

Birləşmiş Ştatların BMT Təhlükəsizlik Şurasının 2401 saylı qətnaməsinin dərhal və tam həyata keçirilməsininin vacibliyini qeyd edib. Suriyanın şimal-qərbində yerləşən Afrində ABŞ qüvvələrinin olmadığı vurğulanıb.(teleqraf.com)

 


Вернуться назад