Главная > Baş Xəbər > Tramp və Makron Rusiyaya qarşı ölçülər götürülməsi haqda razılaşıb - Skripala görə

Tramp və Makron Rusiyaya qarşı ölçülər götürülməsi haqda razılaşıb - Skripala görə


22-03-2018, 08:28.

          Tramp və Makron Rusiyaya qarşı ölçülər götürülməsi haqda razılaşıb - Skripala görə

 

ABŞ prezidenti Donald Tramp çərşənbə günü Fransa prezidenti Emmanuel Makronla telefon söhbətində Birləşmiş Ştatlar və Avropa arasında ticari münasibətlər, eləcə də Rusiyaya qarşı Britaniyada Rusiyanın keçmiş agentinin zəhərləndirilməsi ilə bağlı mümkün birgə ölçüləri müzakirə edib.

ABŞ və Fransa liderləri arasında telefon söhbəti haqda Ağ Evin bəyanatında bildirilir.

"İki prezident Birləşmiş Krallıqla Rusiyanın Britaniya ərazisində özəl şəxslərə qarşı kimyəvi hücum törətməsi ilə bağlı həmrəyliklərini vurğulayıblar və Rusiyanın məsuliyyətə cəlb olunması üçün ölçülər götürmək haqda razılışablar”, Ağ Evin bəyanatında bildirilir.

Britaniya bu ayın əvvəli Solsböridə Sergey Skripal və onun qızı Yuliyanın zəhərlənməsinə görə Moskvanı günahlandırıb. Onların vəziyyəti ağır olaraq qalır.

Moskva insidentlə əlaqəsi olduğunu rədd edir. Britaniya hücuma cavab olaraq Rusiyanın 23 diplomatını ölkədən çıxarıb. Rusiya Britaniyanın eyni sayda diplomatik nümayəndələrinin ölkədən çıxarılması haqda qərar verib.

Trampın Makronla Rusiyaya qarşı kimyəvi hücumla əlaqədar ölçülər götürülməsi haqda razılaşması onun Rusiya prezidenti Vladimir Putini bazar günü seçkilərdə qələbəsi münasibətilə təbrik etməsindən bir gün sonraya təsadüf edir.

Ağ Evə əsasən, Tramp Rusiya lideri ilə söhbəti zamanı Skripal və onun qızına qarşı hücumu qeyd etməyib ("Amerikanın səsi").

 


Вернуться назад