Главная > Maraqlı > Çində futbolçulara tatuirovkadan istifadə etmək qadağan olunub

Çində futbolçulara tatuirovkadan istifadə etmək qadağan olunub


25-03-2018, 08:28.

       Çində futbolçulara tatuirovkadan istifadə etmək qadağan olunub

 

Çin yığmasının futboçularına tatuirovkadan istifadə etmək qadağan olunub.

"Report" xəbər verir ki, bu barədə "Hupu.com" bildirib.

Məlumata görə, qadağanı pozan idmançıları yığma komandadan qovulma cəzası gözləyir.

Çinin Futbol Federasiyasında hesab edirlər ki, idmançılar bütün səviyyələrdə sağlam mədəni təhsilin inkişafına məsuliyyət daşıyırlar.

Bununla əlaqədar Uels yığmasıyla yoldaşlıq matçı zamanı futbolçulara öz bədənlərindəki tatuirovkalara şəffaf plastırlar yapışdırmaq lazım gəlib.

Qarılaşma çinlilərin 0:6 hesablı məğlubiyyəti ilə başa çatıb.

 


Вернуться назад