Главная > Maraqlı > 80 min bilet 8 dəqiqəyə satıldı

80 min bilet 8 dəqiqəyə satıldı


27-03-2018, 13:42.

                   80 min bilet 8 dəqiqəyə satıldı   

 

Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək "Real” – "Yuventus” matçının biletləri tez bir zamanda satılıb.

Yenicag.az xəbər verir ki, "Santyaqo Bernabeu” stadionda keçiriləcək qarşılaşmanın biletləri satışa çıxarıldıqdan cəmi 8 dəqiqə sonra tükənib.

Sözügedən qarşılaşmada madridliləri 76 min, turinliləri isə 4 min azarkeş dəstəkləyəcək.

Qeyd edək ki, bu komandalar arasında ilk matç aprelin 3-də, cavab qarşılaşması isə aprelin 11-də keçiriləcək.

 


Вернуться назад