Главная > Baş Xəbər > Rusiya təsdiqlədi: Talibanla əlaqəmiz var

Rusiya təsdiqlədi: Talibanla əlaqəmiz var


29-03-2018, 20:03.

              Rusiya təsdiqlədi: Talibanla əlaqəmiz var

 

Moskva və Taliban arasında əlaqələr bir neçə il əvvəl qurulub.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulov deyib. Onun sözlərinə görə, əlaqələrin qurulmasına səbəb Əfqanıstandakı Rusiya diplomatik korpusu üçün təhdidlərin yaranması olub:

"Biz o zaman Rusiya vətəndaşları və diplomatik korpus üçün terror təhdidi imkanlarından narahat idik. Bizə Talibanın vətəndaşlarımıza qarşı planlarının olmasını aydınlaşdırmaq vacib idi. Onlar bizi əmin etdilər ki, ruslara qarşı heç bir fikirləri yoxdur. Taliban rəhbərliyi birbaşa mətnlə dedi ki, onların əsas düşməni ABŞ-dır”.

 


Вернуться назад