Главная > Kriminal > 30-dan çox kamikadze saxlanıldı

30-dan çox kamikadze saxlanıldı


30-03-2018, 08:33.

                 30-dan çox kamikadze saxlanıldı

 

Suriya ordusunun hərbçiləri dinc sakinlərin Şərqi Qutadan çıxışından bu günə kimi humanitar dəhlizdə 30-dan çox terrorçu kamikadzeni zərərsizləşdiriblər.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "SANA" agentliyi hərbi mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, onlar arasında mülki əhali də var. Terrorçular avtobuslarda və düşərgələrdə bomba partlatmağı planlaşdırırmış.

Saxlanılan terrorçu kamikadzelərdən 6-ı qadındır. Onlardan 4-ündə intihar kəməri aşkarlanıb. Daha 2 qadın isə intihar kəmərini əşyaların olduğu çantalara yerləşdiriblər.

 


Вернуться назад