Главная > Mədəniyyət > Necati Şaşmaz fərqli obrazla ekranlara gələcək

Necati Şaşmaz fərqli obrazla ekranlara gələcək


30-03-2018, 15:17.

                 Necati Şaşmaz fərqli obrazla ekranlara gələcək

 

 

"Kurtlar vadisi” serialının Polat Alemdarı Necati şaşmazın yeni rolu bəlli olub.

Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor ssenarisinin özünə məxsus olduğu serial da Şəms obrazını canlandıracaq. İlk dəfə fərqli obrazla ekranlara gələcək Şaşmaz "Kurtlar Vadisi” ilə bağlı telekanallarla danışıqlar apardığını da bildirib.

Qeyd edək ki, öz dövrünün ən nüfuzlu sufilərindən biri sayılan Şəms əd-Din Məhəmməd ibn Əli ibn Məlikdad TəbriziTəbrizdə doğulub. Onun həyatı barədə məlumat olduqca azdır. Məlum olanlar da müəmmalıdır. Bəzi salnaməçilər hətta onun şahzadə olduğuna da israr edib. Hər halda əsərlərindən və sufilik fəaliyyətindən belə bir nəticə çıxarmaq olar ki, o, kamil ilahiyyat təhsili görüb.

Yüksək erudisiyasına, hazırcavablığına və müəllimlik bacarığına görə Şəms hələ gənc yaşlarından "mürşidi-kamil" adını alıb. O, dinin və həqiqətin günəşi də adlandırılıb.

Şəmsin müridləri çox olub. Onların arasında Əbu Bəkr Sələbaf Təbrizi, Rüknəddin Səcasi və başqaları da vardı.

Könül, musavat.com

 


Вернуться назад