Главная > Kriminal > Dağıstanda daha bir vəzifəli şəxsə cinayət işi açıldı

Dağıstanda daha bir vəzifəli şəxsə cinayət işi açıldı


2-04-2018, 08:26.

             Dağıstanda daha bir vəzifəli şəxsə cinayət işi açıldı 

 

Dərbənd şəhər İcra Hakimiyyətinin Arxitektura və şəhərsalma idarəsinin rəhbəri barədə RF CM-nin "vəzifə səhlənkarlığı” maddəsi ilə cinayət işi qaldırılıb.

Axar.az xəbər verir ki, istintaq idarə rəhbərinin RF qanunvericiliyi ilə uyğunluğunu yoxlamadan 2017-ci ildə şəhərdə 4 göydələnin istismara qəbul edilməsi barədə sənəd imzaladığını bildirib. Halbuki həmin binalarda tikinti tam başa çatmayıb, ərazidə işlər yekunlaşmayıb, həmçinin binaların fasadı, santexnika işləri yarımçıqdır.

Qeyd edək ki, Dağıstanda bir müddət öncə ciddi yoxlamalara başlanılıb. Araşdırmalar nəticəsində Dağıstanın baş naziri, baş nazir müavinləri, bir neçə rayon administrasiya rəhbəri, həmçinin Dağıstan Federal Antiinhisar Xidmətinin rəisi həbs edilib.

 


Вернуться назад