Главная > Aktual > Duma Rusiyanın Azərbaycanda yeni səfirinin namizədliyini təsdiqləyib

Duma Rusiyanın Azərbaycanda yeni səfirinin namizədliyini təsdiqləyib


2-04-2018, 22:34.

             Duma Rusiyanın Azərbaycanda yeni səfirinin namizədliyini təsdiqləyib

 

Rusiya Dövlət Duması Azərbaycanda yeni səfirin namizədliyini təsdiqləyib.

APA-nın məlumatına görə, bu barədə RİA Novosti agentliyinə Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsinin sədr müavini Konstantin Zatulin bildirib.

Onun sözlərinə görə, bu gün Komitədə Moldova və Azərbaycana yeni səfirlərin namizədliyi məsələsinə baxılıb. Komitə Moldovada səfir postuna Oleq Vasnetsov, Azərbaycanda isə Mixail Boçarnikovun namizədliyini təsdiqləyib.

Qeyd edək ki, bundan əvvəl M.Boçarnikov Rusiyanın Qazaxıstandakı səfiri olub.

 


Вернуться назад