Главная > Siyasət > İtaliya prezidenti yeni hökumət yaratmaq üçün məsləhətləşmələrə başlayacaq

İtaliya prezidenti yeni hökumət yaratmaq üçün məsləhətləşmələrə başlayacaq


3-04-2018, 09:32.

           İtaliya prezidenti yeni hökumət yaratmaq üçün məsləhətləşmələrə başlayacaq

 

İtaliya prezidenti Sergio Matarella yeni hökuməti yaratmaq üçün aprelin 4-də Senatın sədri Mariya Elizabetta Alberti Kasellati ilə məsləhətləşmələrə başlayacaq.

 

AZƏRTAC İtaliyanın ANSA agentliyinə istinadən xəbər verir ki, ölkə prezidenti məsləhətləşmələri parlamentin aşağı palatasının spikeri Roberto Fiko və sabiq prezident Corco Napolitano ilə də davam etdirəcək.

Qeyd edilir ki, aprelin 5-də İtaliya prezidentinin iqamətgahında ölkədəki bır sıra partiyaların rəhbərləri ilə də görüşlər keçiriləcək.

 


Вернуться назад