Главная > Aktual > ABŞ silah anbarını Türkiyədən çıxardı

ABŞ silah anbarını Türkiyədən çıxardı


3-04-2018, 15:27.

                ABŞ silah anbarını Türkiyədən çıxardı 

 

ABŞ Hərbi Hava Qüvvələrinin Türkiyənin İncirlik hərbi bazasında saxladığı "Armag” mobil silah anbarını başqa yerə köçürüb.

Axar.az xəbər verir ki, bu barərə "Hürriyət” məlumat verib.

Məlumata görə, artıq İncirlikdə bazaya ehtiyacın olmadığı və onun hərbi əməliyyatlar aparılan əraziyə yerləşdirildiyi bildirilib.

40 ton ağırlığı, 15 metr uzunluğu olan mobil silah anbarı C-5M Super Qalaksi nəqliyyat təyyarəsi ilə aparılıb.

Mobil silah anbarının yerləşdirildiyi ərazinin adı barədə məlumat verilməyib.

 


Вернуться назад