Главная > Cəmiyyət > Neftçalada Aprel şəhidlərinin ildönümü qeyd olunacaq- ELAN

Neftçalada Aprel şəhidlərinin ildönümü qeyd olunacaq- ELAN


3-04-2018, 17:30.

               Neftçalada Aprel şəhidlərinin ildönümü qeyd olunacaq- ELAN

Aprel şəhidlərinin əbədiləşdirilməsi istiqamətində tədbir keçiriləcək. Uluyol.az-a məlumat verən tədbir təşkilatçılarının bildirdiyinə görə,   Şəhid ailələrinin bir araya toparlanması və şəhid məqamının təbliğinə hesablanan tədbir 4 Aprel saat 16:00-da  Neftçala rayonu Aşağı Qaramanlı kəndində yerləşən Şəhidlər Parkında baş tutacaq. Tədbirdə Aprel döyüşlərinin iştirakçıları, qazilər, şəhid ailələri, dövlət nümayəndələri və QHT-lər, ictimai fəallar, ziyalılar, məktəblilərin hazırladığı kompozisiya nümayiş olunacaq.
Xatırladaq ki, Aprel döyüşlərində xüsusi şücaət göstərmiş və şəhidlik zirvəsinə yüksələn Gizir Elimdar Səfərovun xatirəsinə tikilmiş Şəhidlər Parkında Neftçala rayonundan 1990-cı il Yanvar qırğınında həlak olanlar, I Qarabağ müharibəsində şəhid və itkinlər, Aprel döyüşlərində şəhid olan vətən oğullarının şəkilləri yer alıb. 
4 aprel şəhidimiz Elimdar Səfərovun şəhadətindən iki il ötür.
Saday Ferecov adlı şəxsin şəkli.Saday Ferecov adlı şəxsin şəkli.Saday Ferecov adlı şəxsin şəkli.Saday Ferecov adlı şəxsin şəkli.Saday Ferecov adlı şəxsin şəkli.Saday Ferecov adlı şəxsin şəkli.Saday Ferecov adlı şəxsin şəkli.
Uluyol.az

Вернуться назад