Главная > Dünya > Rusiyada müxalifətçi Aleksey Navalnı yeni partiya yaradır

Rusiyada müxalifətçi Aleksey Navalnı yeni partiya yaradır


3-04-2018, 21:03.

                Rusiyada müxalifətçi Aleksey Navalnı yeni partiya yaradır

 

Bloger Aleksey Navalnı və onun tərəfdarları "İşçi adı” (Рабочее название) adlı partiyanın təsis qurultayının keçirilməsi barədə Rusiya Ədliyyə Nazirliyinə sənədlər təqdim ediblər.

TASS xəbər verir ki, bu barədə A.Navalnı özünün "Telegram" kanalında Ədliyyə Nazirliyindən gələn məktubun fotoşəkilini yerləşdirməklə məlumat verib.

A.Navalnı qeyd edib ki, partiyanın adı sonradan dəyişdiriləcək.

Qeyd edək ki, A.Navalnı 2014-cü ilin əvvəlində Tərəqqi Partiyasını qeydiyyatdan keçirib, lakin 2015-ci ilin aprel ayında Partiya lazımi sayda regional bölmələrini vaxtında qeydiyyatdan keçirə bilmədiyinə görə Ədliyyə Nazirliyi onun qeydiyyatını ləğv edib.

 


Вернуться назад