Главная > GÜNDƏM > Türkiyə XİN başçısı: "Dağlıq Qarabağ münaqişəsi məsələsində həmişə Azərbaycanın yanındayıq"

Türkiyə XİN başçısı: "Dağlıq Qarabağ münaqişəsi məsələsində həmişə Azərbaycanın yanındayıq"


5-04-2018, 19:06.

           Türkiyə XİN başçısı: "Dağlıq Qarabağ münaqişəsi məsələsində həmişə Azərbaycanın yanındayıq"

 

"Dağlıq Qarabağ münaqişəsi məsələsində həmişə Azərbaycanın yanındayıq".

"Report" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu jurnalistlərin suallarını cavablandırarkən deyib.

O qeyd edib ki, Azərbaycan və Türkiyə münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır: "Ancaq bu gün Ermənistan bu məsələyə laqeyddir və prosesi ləngitməyə çalışır".

XİN başçısı Azərbaycan kimi, Türkiyənin də bütün beynəlxalq platformalarda Dağlıq Qarabağ münaqişəsi məsələsini qaldırdığını vurğulayıb. M.Çavuşoğlunun sözlərinə görə, beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələrin yerinə yetirilməsini təmin etmək lazımdır.

Nazir bildirib ki, Bakıda təşkil olunmuş bu cür tədbirlər münaqişəyə dair etibarlı məlumatların dünya ictimaiyyətinə çatdırılması baxımından da əhəmiyyətlidir.

 


Вернуться назад