Главная > Dünya > Özbəkistanda avtomobil qəzası nəticəsində səkkiz nəfər həlak olub

Özbəkistanda avtomobil qəzası nəticəsində səkkiz nəfər həlak olub


5-04-2018, 20:51.

                 Özbəkistanda avtomobil qəzası nəticəsində səkkiz nəfər həlak olub

 

Özbəkistan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, ölkənin Cizzak vilayətinin Paxtakor rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Cizzak-Qaqarin magistral yolunun 49-cu kilometrində iki minik maşınının toqquşaraq yanması nəticəsində səkkiz nəfər yerindəcə həlak olub.

Hadisənin səbəbləri araşdırılır.

 


Вернуться назад