Главная > Siyasət > Türkiyə XİN rəhbəri: “Fələstin müstəqilliyə və təhlükəsizliyə ehtiyac duyur”

Türkiyə XİN rəhbəri: “Fələstin müstəqilliyə və təhlükəsizliyə ehtiyac duyur”


5-04-2018, 20:40.

           Türkiyə XİN rəhbəri: "Fələstin müstəqilliyə və təhlükəsizliyə ehtiyac duyur”

 

"Fələstin müstəqilliyə və təhlükəsizliyə ehtiyac duyur”.

APA-nın məlumatına görə, bunu Bakıda keçirilən Qoşulmama Hərəkatı xarici işlər nazirlərinin aralıq toplantısı çərçivəsində Fələstin üzrə nazirlər komitəsinin iclasında çıxışı zamanı Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O bildirib ki, Fələstinin azad və suveren ölkə olmağa haqqı var: "İsrail qanunsuz işğalı davam edir. Biz İsrailə etdiklərinin qanunsuz, qeyri-insani olduğunu deməliyik. ABŞ Yerusəlimlə bağlı təxribatçı qərarını açıqladı. BMT buna etiraz etdi. ABŞ-ın bu şəhərdə səfirlik açmaq qərarı böyük səhvdir. Biz kollektiv şəkildə işləməliyik ki, Fələstin acısı sona çatsın. Qoşulmama Hərəkatı Fələstinin müstəqilliyinin tanınması üçün birgə işləməlidir”.

 


Вернуться назад