Главная > İdman > UEFA "Liverpul" klubunu cəzalandıra bilər

UEFA "Liverpul" klubunu cəzalandıra bilər


5-04-2018, 20:25.

               UEFA "Liverpul" klubunu cəzalandıra bilər

 

UEFA İntizam Komitəsi İngiltərənin "Liverpul" klubuna qarşı intizam işi açıb.

"Report"un məlumatına görə, səbəb klub azarkeşlərinin Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk matçında evdə "Mançester Siti" ilə oyunda rəqib komandanın avtobusuna şüşə və pirotexniki vasitələr atmasıdır.

Qeyd edək ki, "Liverpul" bu görüşdə 3:0 hesabı ilə qələbə qazanıb. Cavab qarşılaşması isə aprelin 10-da keçiriləcək.

 


Вернуться назад