Главная > Cəmiyyət > Bu gün azadlığa buraxılan jurnalistin vəkilindən açıqlamalar

Bu gün azadlığa buraxılan jurnalistin vəkilindən açıqlamalar


5-04-2018, 21:01.

            Bu gün azadlığa buraxılan jurnalistin vəkilindən açıqlamalar

 

Cavad Cavadov: "Mövqeyimizi sübut edə bildik”

 

"Kanal 13” internet televiziyasının rəhbəri Əziz Orucov bu gün azadlığa buraxılıb. Ali Məhkəmə onun barəsindəki 6 illik cəzanı 3 illə əvəzləyib və həmin cəza da şərti hesab olunub.

Ə.Orucovun vəkili Cavad Cavadov müsavat.com-a açıqlamasında qərarı müsbət qarşıladıqlarını söylədi: "Əziz Orucovun Ali Məhkəmədə kassasiya baxışı oldu və hakim Əli Seyfəliyev idi. Onun barəsində Apellyasiya Məhkəməsinin qərarı qismən ləğv olundu. Cinayət Məcəlləsinin 192.2 maddəsi ilə (Qanunsuz sahibkarlıq) verilən ittiham üzrə əməlində cinayət tərkibi olmadığı üçün bəraətverici əsaslarla bu maddəyə xitam verildi. Məhkəmə qəbul etdi ki, onun əməlində bu maddə yoxdur. Cinayət Məcəlləsinin 308.2-ci maddəsi 308.1-ci maddəsinə tövsif olundu, 3 il azadlıqdan məhrumetmə cəzası təyin olundu və Cinayət Məcəlləsinin müvafiq maddəsi təyin olunmaqla, verilən cəza şərti hesab olundu. Bu qərarı müsbət dəyərləndiririk. Qismən də olsa mövqeyimizi sübut edə bildik. Məhkəmə qəbul etdi ki, onun əməlində Cinayət Məcəlləsinin 192-ci maddənin tərkibi yoxdur. Biz hesab edirik ki, 308-ci maddənin ümumiyyətlə, Əziz Orucova aidiyyatı yoxdur. Onun bəraət alması üçün hüquqi müdafiə vasitələrinin bütün imkanlarından istifadə edəcəyik. Yaxın saatlarda Əziz Orucov evində olacaq”.

Cavanşir Abbaslı, musavat.com

 


Вернуться назад