Главная > İdman > "Ürəyin yerində zibil vedrəsi olmamalıdır" - Buffon hakim haqda

"Ürəyin yerində zibil vedrəsi olmamalıdır" - Buffon hakim haqda


12-04-2018, 17:30.

        "Ürəyin yerində zibil vedrəsi olmamalıdır" -Buffon hakim haqda

 

"Yuventus"un kapitanı Canluicci Buffon Çempionlar Liqasının 1/4 finalında "Real”la keçirilən cavab qarşılaşmasının son dəqiqələrindən qırmızı vərəqə almasına münasibət bildirib.

Qol.az-ın xəbərinə görə, 40 yaşlı qapıçı matçın ingiltərəli baş hakimi Maykl Oliveri kəskin şəkildə tənqid edib:

"Mən bilirəm ki, hakim hər şeyi gördü. Bu, mübahisəli epizod idi. Ancaq oyunun 93-cü dəqiqəsində mübahisəli epizoda görə penalti təyin etməzlər. İlk hissədə isə bizim lehimizə təmiz penaltini təyin etmədi. Komanda bütün gücünü sərf etdi. Bir nəfər isə bu zəhməti yerə vurmamalıdır. Ürəyin yerində zibil vedrəsi olmamalıdır. Əgər xarakterin yoxdursa, onda meydana çıxma, həyat yoldaşın və övladlarınla tribunada oturub, "sprayt" iç, çipsi ye".

Xatırladaq ki, Buffon matçın 90+3-cü dəqiqəsində hakimin onun qapısına penalti təyin etdiyi üçün kəskin etirazını bildirib və qırmızı vərəqə ilə meydandan qovulub.

 


Вернуться назад