Главная > Aktual > "Facebook"dan Azərbaycan açıqlaması

"Facebook"dan Azərbaycan açıqlaması


12-04-2018, 13:37.

              "Facebook"dan Azərbaycan açıqlaması

"Facebook" sosial şəbəkəsinin rəhbəriMark Zükerberqötən gün ABŞ konqresinə ifadə verib. İfadə mətnində Azərbaycanla əlaqədar məsələ öz əksini tapıb.

 

Qaynarinfo xəbər verir ki, ifadə "Cambridge Analitica" şirkətinin 50 milyondan çox "Facebook" istifadəçisinin məlumatlarını oğurlaması və ABŞ, İngiltərədəki seçkilərə müdaxiləsi ilə əlaqədar olub.

 

Son hadisələrdən məyus olduğunu dilə gətirən Zükerberq təhlükəsizlik tədbirlərini artıracağını vurğulayıb. Rusiyanın ABŞ-dakı prezident seçkilərinə müdaxiləsi məsələsinə diqqət çəkən "Facebook" rəhbəri ötən həftə Azərbaycan, Özbəkistan, Ukrayna kimi ölkə istifadəçilərini hədəf alan və "Rusiya Troll Fabriki"nə bağlı olan 270 hesabı sildiklərini vurğulayıb.

 


Вернуться назад