Главная > Ölkə > Çaylarda suyun səviyyəsi dəyişib
Çaylarda suyun səviyyəsi dəyişib12-04-2018, 21:00. |
Çaylarda sululuq səviyyəsi dəyişib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Qafqazinfo”ya verilən məlumata görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 110-170, Kiçik Qafqazın çaylarında 100-140, Lənkəran-Astara çaylarında 10-30, Naxçıvan MR çaylarında isə 50 faizini təşkil edib. Tranzit çaylarda son vəziyyətə gəlincə, Kür çayının
Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 5 sm artım müşahidə olunub. Məntəqədə
su sərfi 392 m3/s olmaqla ongünlük normanın 84 faizini təşkil edir. 2017-ci ildə
isə bu rəqəm 250 m3/s olmaqla ongünlük normanın 53 faizini təşkil edib. Kür çayının aşağı axınında vəziyyətə gəlincə, Kür çayının
aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür
çayının Surra məntəqəsində 8, Şirvanda 12, Salyanda 10, Bankədə 5, Araz çayının
Novruzlu məntəqəsində isə suyun səviyyəsində 4 sm azalma qeydə alınıb.
Вернуться назад |