Главная > Cəmiyyət > Neftçalada gənclər hərbi xidmətə yola salındı – FOTO

Neftçalada gənclər hərbi xidmətə yola salındı – FOTO


12-04-2018, 21:27.

                      Neftçalada gənclər hərbi xidmətə yola salındı – FOTO

"Azərbaycan Respublikası vətəndaşlarının 2018-cı il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” prezidentin sərəncamının icrası ilə bağlı Neftçala ayonunda gənclərin hərbi xidmətə yola salınması münasibəti ilə geniş tədbir keçirilib.

İlk olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Neftçala rayon şöbəsində çağırışçı gənclərin sənədləri yoxlanıldı. Daha sonra rayonun Aşağı Qaramanlı kəndində yerləşən məsciddə ehsan süfrəsi açılıb və burada çağırışçı gənclər, valideynləri, şəhid ailələri və dindarlar və qonaqlar iştirak edib. Şəhidlik məqamı haqda ruhanilər gənclərə məlumat verib, şəhidlərimizin ruhlarına dualar oxunub.

Aşağı Qaramanlı kənd qəbiristanlığında şəhidlər xiyabanı ziyarət olunub. Daha sonra Aprel döyüşlərində şəhadətə yetişən gizir Elimdar Səfərovun xatirəsinə tikilmiş Şəhidlər Parkında tədbir başlanıb. Tədbirdə ziyalılar, çağırışçı gənclər və valideynləri, şəhid ailələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsin əməkdaşları, məktəblilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

 Tədbirdə Şəhidlik məqamı haqqında danışılıb, milli-vətənpərvəlik ruhunda musiqilər səsləndirilib, məktəblilərin hazırladığı kompozisiyalar nümayiş olunub. Gənc çağırışçılar üç rəngli bayrağımızı öpüb, validenləri ilə sağollaşıb hərbi xidmətə yola salınıb. Gənclərimizin Allah pənahında olması üçün qurban kəilib.

P.S.  Qayıdışınız zəfərlə, qələbə ilə olsun, gənclər! Öpdüyünüz bayrağı işğal altındakı torpaqlara sancmaq, şəhidlərimizin qisasını almaq nəsibinizdə olsun. Növbəti qurbanlar işğaldan azad edəcəyiniz torpaqlarda kəsilsin. Uluyol.az olaraq vətənsevər insanların bu kimi tədbirlərin təşkilində çəkdikləri əziyyətdən dolayı minnətdarıq və xəbər portalı olaraq işıqlandırmaqdan zövq alırıq.

Zohrab Qarayev adlı şəxsin şəkli.Zohrab Qarayev adlı şəxsin şəkli.Zohrab Qarayev adlı şəxsin şəkli.

Uluyol.az, Tural İNTİQAM


Вернуться назад